Aytən çayların keyfiyyətini tənqid etdi: “Biz nə içirik?”

Aytən çayların keyfiyyətini tənqid etdi: “Biz nə içirik?”

Hazırda oxunan: Aytən çayların keyfiyyətini tənqid etdi: “Biz nə içirik?”
649935
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aparıcı Aytən Səfərova mağazalarda satılan çayların keyfiyyətindən narazı olduğunu və buna görə də çay içmədiyini bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Xəbər ertəsi” proqramında danışıb.

“Yadımdadır ki, çayın dəmlənməsi üçün 10-15 dəqiqə gözləmək lazım olurdu. O vaxt sarı qablaşdırmada ən ucuz hind çayı var idi, insanlar ondan alırdı. Amma nə qədər dadlı idi. Çay və ot mənşəli nəyisə içdiyini uşaqlıqdan anlayırdın.

İndi isə çaya su dəyən kimi rəngi qaralır. Özü də o nə çaydır ki, ləkəsi düşən kimi az qala xlorla silməlisən ki, o boya getsin. Və biz nə içirik? Maşallah, çay içənik, hara gediriksə, xeyirdə, şərdə çay süfrəsi var. Soyuqda, qızmar günəş altında belə, çay insanın susuzluğunu yatırır, amma içdiyimiz çaydırmı?" deyə, Aytən bildirib. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO