Kim Çen İn bakılı müğənni ilə görüşdü - Foto

Kim Çen İn bakılı müğənni ilə görüşdü - Foto

Hazırda oxunan: Kim Çen İn bakılı müğənni ilə görüşdü - Foto
649970
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şimali Koreya lideri Kim Çen İn Rusiyadan olan incəsənət nümayəndələrinin konsertində iştirak edib. Konsertdə Rusiyanın xalq artisti, Bakıda doğulmuş Larisa Dolina da çıxış edib.

Bizim.Media xəbər verir ki bu barədə Koreya Mərkəzi Tеlеqraf Agentliyi (KMTA) məlumat yayıb.

Tədbir Pxenyanda Rusiya və KXDR arasında ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasına həsr olunub.

Konsertdən sonra ifaçılara gül səbətləri təqdim edilib. Kim Çen İn səhnəyə qalxaraq Larisa Dolina ilə əl sıxıb, sənətçiləri təbrik edib və onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Rusiyanın xalq artisti Larisa Dolina 10 sentyabr 1955-ci ildə Bakıda dünyaya gəlib.
 

Ailəsi əslən Odessadan olsa da, müğənni üç yaşınadək Bakıda yaşayıb və sonradan valideynləri ilə birlikdə Odessaya köçüb. Larisa Dolina 1970-ci illərdə Xalq artisti Polad Bülbüloğlunun rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Ansamblının solisti kimi fəaliyyət göstərib.


O, 2015-ci ildə Bakıda Polad Bülbüloğlunun 70 illik yubiley tədbirində çıxışı zamanı paytaxtı doğma şəhəri adlandırıb və yaradıcılığının ən gözəl illərinin məhz Azərbaycan ansamblında keçdiyini bildirib.

Kim Çen İn bakılı müğənni ilə görüşdü - Foto - foto 1
Kim Çen İn bakılı müğənni ilə görüşdü - Foto - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO