Şirkətlərin ləğvi proseduru dəyişir – Hansı yeniliklər olacaq?

Şirkətlərin ləğvi proseduru dəyişir – Hansı yeniliklər olacaq?

Hazırda oxunan: Şirkətlərin ləğvi proseduru dəyişir – Hansı yeniliklər olacaq?
649983
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda şirkətlərin ləğvi və sahibkarların vergi uçotundan çıxarılması ilə bağlı yeni tələb müəyyənləşdirilir.

Bizim.Media xəbər verir ki, bu məsələ Mülki Məcəllədə, Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
 

Qanun layihəsinin əsas məqsədi hüquqi şəxslər ləğv edildikdən sonra onların adından elektron informasiya sistemində əməliyyat aparmaq mümkün olmadığı üçün əmək müqavilələrinə xitam verilməsi ilə bağlı yaranan problemin aradan qaldırılmasıdır.


Təklifə əsasən, hüquqi şəxslərin, o cümlədən xarici hüquqi şəxslərin Azərbaycanda fəaliyyət göstərən müvafiq bölmələrinin ləğvi və vergi uçotundan çıxarılması yalnız işçiləri ilə bağlanmış əmək müqavilələrinə xitam verildikdən sonra mümkün olacaq.

Eyni tələb fiziki şəxs olan işəgötürənlərə də şamil ediləcək. Belə ki, vergi ödəyicisi olan fiziki şəxsin vergi uçotundan çıxarılması üçün onun işçiləri ilə əmək müqavilələrinə xitam verilməsi tələb olunacaq.

Digər mühüm məqam isə artıq ləğv edilmiş şirkətlərlə bağlıdır. Qanun qüvvəyə minənədək ləğv olunmuş hüquqi şəxslərlə işçilər arasında elektron informasiya sistemində xitam verilməmiş əmək müqavilələri işçinin müraciəti əsasında müvafiq dövlət orqanı tərəfindən araşdırılaraq qüvvədən düşmüş hesab ediləcək.

Beləliklə, dəyişikliklər şirkətlərin və sahibkarların fəaliyyətinə xitam verilməsi zamanı işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin etməyə, həmçinin elektron sistemdə qüvvədə qalan əmək müqavilələri problemini aradan qaldırmağa yönəlib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO