Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “Buna güclə dözürük”

Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “Buna güclə dözürük”

Hazırda oxunan: Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “Buna güclə dözürük”
649941
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Dövlət Universitetinin (BDU) C korpusunda təhsil alan tələbələr tədris prosesinə mane olan səs-küy problemi ilə bağlı universitetin rektoru Məleykə Abbaszadəyə müraciət ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Tələbələri” sosial şəbəkə səhifəsində paylaşım edilib.

Tələbələr müraciətlərində bildiriblər ki, BDU-nun C korpusunda magistral yolun səsi, eləcə də yaxınlıqdakı qəsabxana və avtomobil yuma məntəqəsindən gələn səslər dərs prosesinə mane olur. Onların sözlərinə görə, bu vəziyyət tələbələrin dərs zamanı diqqətini yayındırır və tədrisin keyfiyyətinə mənfi təsir göstərir.

"Biz ixtisas seçimi edərkən o akademik mühiti bildik və bu səbəbdən həmin ixtisası seçmişdik. Lakin hal-hazırda təhsil aldığımız BDU C korpusundakı vəziyyət qətiyyən ürəkaçan deyil. Çünki bir tərəfdən magistral yolun səsi, bir tərəfdən qəsabxana və maşın yuma yeri diqqətimizi pozur və dərsimizin keyfiyyəti düşür.

3-4 aydır güclə dözürük buna, amma inşallah, Məleykə xanım bizim səsimizi duyar və problemimizə çarə tapar", - deyə mürciətdə bildirilir.

Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “Buna güclə dözürük” - foto 1

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO