Azərbaycan Prokurorluğunun nümayəndə heyəti IAACA-nın İllik Konfransında – Foto

Azərbaycan Prokurorluğunun nümayəndə heyəti IAACA-nın İllik Konfransında – Foto

Hazırda oxunan: Azərbaycan Prokurorluğunun nümayəndə heyəti IAACA-nın İllik Konfransında – Foto
649964
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) 20-ci ildönümünə həsr olunmuş İllik Konfransında iştirak edib.
 
Bizim.Media xəbər verir ki, cari il 25-26 noyabr tarixlərində Mərakeş Krallığında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) yaradılmasının 20-ci ildönümünə həsr olunmuş İllik Konfrans və təlim seminarı keçirilib.
 

Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Rayonunun Korrupsiyaya qarşı Müstəqil Komissiyası (ICAC) və Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının (INPPLC) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə qlobal antikorrupsiya ictimaiyyətinin rəhbər şəxsləri, praktiki mütəxəssisləri və ekspertləri bir araya gəliblər.


 Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, Bəhruz Əhmədov, Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini, Qasım Məmmədov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Mehman Hümmətov və Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Əflatun Hüseynovdan ibarət nümayəndə heyəti təmsil ediblər.
 
Tədbir zamanı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Bazel İdarəetmə İnstitutu, Beynəlxalq Antikorrupsiya Akademiyası və müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən korrupsiyaya qarşı mübarizənin aktual çağırışları müzakirə edilmişdir.

Panel sessiyalarında rəqəmsal həllərin və süni intellektin tətbiqi, ekoloji cinayətlərə və təbii resurslardan qanunsuz istifadəyə qarşı mübarizə, həmçinin antikorrupsiya mexanizmlərinin effektivliyinin təhlili üzrə qabaqcıl beynəlxalq təcrübə paylaşılıblar.
 
Tədbirin ikinci günündə nümayəndə heyətimiz “Korrupsiyaya qarşı mübarizədə süni intellektdən istifadə” mövzusunda müzakirələrə qatılıb.
 
Məruzələrdə transsərhəd korrupsiya hüquqpozmaları ilə mübarizədə rəqəmsal transformasiyanın əhəmiyyəti, süni intellekt əsaslı həllərin tətbiqi strategiyaları və qabaqcıl beynəlxalq təcrübənin milli səviyyədə uyğunlaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 

Səfər çərçivəsində, həmçinin, Hərbi prokuror Bəhruz Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığının Baş prokuroru Hicham El Blaoui və Krallığın Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının (INPPLC) prezidenti Məhəmməd Benalilu ilə ikitərəfli görüşlər keçirib.


 Görüşlər zamanı antikorrupsiya, hüquq-mühafizə sahəsində qarşılıqlı maraq doğuran ümumi məsələlər və süni intellektin tətbiqi imkanları ətrafında geniş fikir mübadiləsi aparılmış, qurumlar arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan Prokurorluğunun nümayəndə heyəti IAACA-nın İllik Konfransında – Foto - foto 1
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti IAACA-nın İllik Konfransında – Foto - foto 2
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti IAACA-nın İllik Konfransında – Foto - foto 3
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti IAACA-nın İllik Konfransında – Foto - foto 4
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti IAACA-nın İllik Konfransında – Foto - foto 5
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti IAACA-nın İllik Konfransında – Foto - foto 6
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti IAACA-nın İllik Konfransında – Foto - foto 7

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO