QHT-lərin yaradılması qaydası dəyişdirilir

QHT-lərin yaradılması qaydası dəyişdirilir

Hazırda oxunan: QHT-lərin yaradılması qaydası dəyişdirilir
649978
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda qeyri-hökumət təşkilatlarının yaradılması qaydaları dəyişdirilir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Qanun layihəsində QHT-lərin konkret növlər üzrə təsis edilməsi təklif olunur.

Layihəyə əsasən, ictimai birliklər aşağıdakı sahələr üzrə yaradıla biləcək:

-Peşə sahəsi;

-Sosial-humanitar sahə;

-Mədəniyyət və incəsənət;

-Təhsil və elm;

-Ekologiya;

-Hüquq;

-İqtisadiyyat;

-Qanunla müəyyən ediləcək digər növlər.

Dəyişikliyə əsasən, hər bir ictimai birlik və fond yalnız bir növ üzrə təsis edilə biləcək. Qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.

Qanun layihəsi müzkirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO