Azərbaycana gələn Rusiya vətəndaşlarının nəzərinə

Azərbaycana gələn Rusiya vətəndaşlarının nəzərinə

Hazırda oxunan: Azərbaycana gələn Rusiya vətəndaşlarının nəzərinə
649949
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 dekabr tarixli 561 nömrəli Qərarına əsasən, 2025-ci il 1 yanvar tarixindən etibarən viza tələb olunmadan Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının, habelə Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, qeyd olunan tələb yetkinlik yaşına çatmayan şəxslər də daxil olmaqla, müvafiq kateqoriyadan olan bütün şəxslərə şamil edilir:

Bununla əlaqədar, yetkinlik yaşına çatmayan şəxslərin valideynləri və digər qanuni nümayəndələri onların Azərbaycan Respublikasında müvəqqəti olma müddətlərinə riayət edilməsini təmin etməli, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda, həmin müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin alınması üçün müəyyən edilmiş qaydada müraciət etməlidirlər.
 

Eyni zamanda, müvəqqəti olma müddəti artıq başa çatmış, lakin ölkəni tərk etməmiş yetkinlik yaşına çatmayan şəxslərin valideynləri və digər qanuni nümayəndələri mövcud vəziyyətin qanunvericiliyə uyğun həlli və ölkədən çıxış zamanı dövlət sərhədindən maneəsiz keçidin təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etməyə dəvət edilirlər.


Bildiririk ki, Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş “Müvəqqəti olma müddətini yoxla” elektron kalkulyatoru vasitəsilə ölkəyə giriş-çıxış tarixləri əsasında cari təqvim ili ərzində istifadə edilməmiş müvəqqəti olma müddətini yoxlamaq mümkündür.

Xatırladırıq ki, Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bitənədək həmin müddət uzadılmadıqda və ya müvəqqəti yaşama icazəsi alınmadıqda, ölkədə qalmaq üçün digər qanuni əsaslar olmadığı təqdirdə Azərbaycan Respublikasının ərazisi tərk edilməlidir.

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO