Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib – Video

Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib – Video

Hazırda oxunan: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib – Video
649957
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun mühafizə zolağından müvafiq icazə alınmadan obyektə giriş-çıxış yolu təşkil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
 

Bildirilib ki, qanunvericiliyə əsasən, respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağı hərəkətin hər bir istiqaməti üzrə yolun hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyən edilir.


AAYDA-nın tabeliyində fəaliyyət göstərən Avtomobil Yollarının Mühafizə Xidmətinin əməkdaşı tərəfindən aşkar edilmiş qanun pozuntusunun aradan qaldırılması tələb olunub.

Qeyd olunub ki, məqsəd sahibkarlıq fəaliyyətinə mane olmaq deyil, avtomobil yollarından qanunvericiliyə uyğun istifadəni, yol infrastrukturunun qorunmasını və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO