Ceyhun Bayramov və estoniyalı həmkarı arasında geniştərkibli görüş – Nələr müzakirə olundu?

Ceyhun Bayramov və estoniyalı həmkarı arasında geniştərkibli görüş – Nələr müzakirə olundu?

Hazırda oxunan: Ceyhun Bayramov və estoniyalı həmkarı arasında geniştərkibli görüş – Nələr müzakirə olundu?
649993
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Estoniya xarici işlər naziri Marqus Tsahkna arasında geniştərkibli görüş olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
 

Görüş zamanı nazirlər Azərbaycan-Estoniya münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, eləcə də əsas regional və beynəlxalq məsələlər ətrafında ətraflı müzakirələr aparıblar.


Nazirlər ikitərəfli təmasların və qarşılıqlı səfərlərin intensivləşməsini məmnunluqla qeyd edərək, siyasi dialoqun gücləndirilməsinin, xarici işlər nazirlikləri arasında müntəzəm siyasi və konsulluq məsləhətləşmələrinin davam etdirilməsinin, həmçinin parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Ceyhun Bayramov 2026-cı ildə Estoniyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması münasibətilə estoniyalı həmkarını təbrik edib.

O, səfirliyin fəaliyyətinin ikitərəfli münasibətlərin möhkəmlənməsinə, siyasi dialoqun genişlənməsinə və əməkdaşlığın institusional əsaslarının güclənməsinə töhfə verəcəyini bildirib.

Ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Nazirlər noyabrın 4-də keçirilmiş Azərbaycan-Estoniya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının əhəmiyyətini vurğulayıb, növbəti iclasın əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün əlavə imkanlar yaradacağını qeyd ediblər. Həmçinin nəqliyyat, rəqəmsallaşma, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
 

Ceyhun Bayramov həmkarını Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, regionda baş verən son hadisələr və sülh gündəliyinin irəli aparılması istiqamətində atılan addımlar barədə məlumatlandırıb.


O, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsinə yönəlmiş tədbirlər, eləcə də mina təhlükəsinin yaratdığı davam edən humanitar çətinliklər barədə qarşı tərəfə məlumat verib.

Nazirlər beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO