Fazil Mustafadan sahibkarlara - “Özünü bu məmləkətin bir parçası kimi hiss edə bilmirsən”

Fazil Mustafadan sahibkarlara - “Özünü bu məmləkətin bir parçası kimi hiss edə bilmirsən”

Hazırda oxunan: Fazil Mustafadan sahibkarlara - “Özünü bu məmləkətin bir parçası kimi hiss edə bilmirsən”
649840
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dil hər bir xalqın milli kimliyini, mədəniyyətini yaşadan əsas amillərdən biridir. Bu dəyərlərin qorunması yalnız gündəlik ünsiyyətdə deyil, ictimai məkanlarda da özünü göstərməlidir. Lakin bu gün ölkəmizdə bəzi iaşə obyektlərinin adlarının, həmçinin yayımlanan reklamların əhəmiyyətli hissəsinin xarici dildə olması dilə hörmət və dövlət dilinin qorunması məsələsini yenidən gündəmə gətirir.

Rəsmi açıqlamaya görə, reklamların 70 faizi xarici dildədir. Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin müavini Lalə Abdullayeva tədbirlərin birində bu məsələyə toxunaraq yaranmış mənzərə ilə mübarizə aparıldığını deyib. Onun sözlərinə görə, sahibkarlarla və assosiasiyalarla görüşlər keçirilir, reklam mətnlərinin xarici dillərlə yanaşı, Azərbaycan dilində də təqdim edilməsi tövsiyə olunur.

Bəs sahibkarların Azərbaycan dilində reklam hazırlamağa marağının az olmasının səbəbi nədir? Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarları cərimələr gözləyə bilərmi?

Mövzuya münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bizim.Media-ya məsələnin düşündürücü olduğunu deyib:

“Kimsə bunu bir dəb olaraq cəmiyyətə gətirib ki, guya xarici dildə reklam çox olsa, o qədər daha çox müştəri cəlb eləyərlər. Amma bu, absurd bir şeydir. Müştəri yaxşı xidmətlə cəlb olunur. Ona görə də, bu adlar məsələsi çox önəmlidir. Azərbaycan, xüsusilə Bakıda özünü bu məmləkətin müəyyən bir parçası olaraq hiss edə bilmirsən. Reklam panolarının hamısı daha çox bu adlarla doludur. Hətta mağazaların, restoranların və başqa yerlərin adlarında da eyni vəziyyətə rast gəlirsən”.

Deputat hesab edir ki, bütün bunların azərbaycanlılaşdırılması bir mənəvi borc olaraq görülməli, insanlar buna xüsusi diqqət yetirməlidirlər və bu olduqca vacib məsələlərdən biridir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO