
- A-
- A
- A+
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun qardaşı Famil Nurməmməd oğlu Teymurov Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzində metodist vəzifəsinə təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Eyni zamanda, mərkəzin direktorunun vəzifələrinin müvəqqəti icrası ona həvalə olunub.
Qeyd edək ki, Famil Teymurov 2012-ci ildən Şəhid Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta ümumtəhsil məktəbində müəllim, daha sonra isə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışıb.
O, pedaqoji fəaliyyəti ilə yanaşı, idman sahəsində də uğurlar qazanıb, 2017–2018-ci illərdə sərbəst güləş üzrə I dərəcəli beynəlxalq idman ustası adına layiq görülüb.
Bundan əlavə, 5 il müddətində Asxanakəran kənd Bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Famil Teymurov təhsil sahəsində uğurlu fəaliyyətinə görə bir sıra mükafatlarla təltif edilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































