
- A-
- A
- A+
"Halk TV"yə qarşı növbəti əməliyyat: Məşhur aparıcılar saxlanıldı
Türkiyədə "Halk TV" telekanalına qarşı aparılan istintaq çərçivəsində üçüncü əməliyyat dalğası keçirilib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı 12 nəfər barəsində saxlanılma qərarı verilib, onlardan 9-u saxlanılıb.
Saxlanılanlar arasında telekanalın aparıcıları Ece Üner və həyat yoldaşı Deniz Bayramoğlu da var. Halk TV-nin xəbər koordinatoru Hakan Kürşad Oğuz barəsində də saxlanılma qərarı verilib. İstanbul Baş Prokurorluğunun açıqlamasında onun hazırda xaricdə olduğu bildirilib.
Qeyd edək ki, istintaq çərçivəsində şübhəlilərə qarşı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətkar təşkilat yaratmaq və ona üzv olmaq, ictimaiyyəti yanıldan məlumatları açıq şəkildə yaymaq, rüşvət, tenderlərə müdaxilə və Vergi Prosessual Qanunvericiliyinin pozulması ilə bağlı ittihamlar irəli sürüldüyü bildirilir. Bu iddialar hələ məhkəmə tərəfindən təsdiqlənməyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































