
- A-
- A
- A+
Niqabı rəsmən qadağan etdilər
İtaliyada Corcia Meloni hökumətinin hazırladığı təhsil haqqında yeni qanun layihəsi parlamentdə qəbul edilərək qanuniləşib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Noyabrın 19-da parlamentin yuxarı palatası olan Senatın təsdiqlədiyi sənəd yekun təsdiq üçün aşağı palata — Deputatlar Palatasında səsə qoyulub.
400 yerlik Deputatlar Palatasının iclasında iştirak edən deputatlardan 112-nin əleyhinə, 142-nin lehinə səsi ilə layihə qəbul edilib.
Yeni qanunla məktəblərdə niqab geyinilməsi qadağan edilib, italyan dilini kifayət qədər bilməyən əcnəbi şagirdlərin siniflərdəki payı 30 faizlə məhdudlaşdırılıb və valideynlər üçün italyan dilini öyrənmək məcburi edilib.
İtaliyanın təhsil naziri Cüzeppe Valditara qərarı müdafiə edərək bildirib: "Bu tənzimləmə ilə italyan ailələrinə konkret həll yolları təqdim edir və hər bir şagirdin təhsildə uğur qazanmaq hüququnu gücləndiririk".
Əsas müxalifət qüvvəsi olan mərkəz-sol Demokratik Partiyanın (PD) lideri Elli Şleyn isə qanuna sərt reaksiya verib.
O vurğulayıb ki, hökumət əcnəbi uşaqları kənarda qoymaq üçün belə süni kvotalar tətbiq etmək əvəzinə, infrastrukturu çökmüş məktəbləri gücləndirməli və pedaqoji heyətə sərmayə yatırmalıdır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































