“İsanı görmək istəyirəm” deyib təyyarənin qapısını açmaq istədi - Havada qorxulu anlar – Video

“İsanı görmək istəyirəm” deyib təyyarənin qapısını açmaq istədi - Havada qorxulu anlar – Video

Hazırda oxunan: “İsanı görmək istəyirəm” deyib təyyarənin qapısını açmaq istədi - Havada qorxulu anlar – Video
649969
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-də San-Dieqo–Çikaqo marşrutu üzrə uçan “American Airlines” aviaşirkətinə məxsus təyyarədə təhlükəli insident yaşanıb.

Bizim.Media xəbər verir ki, Arizona və Kaliforniya ştatlarının sərhədi üzərində hərəkət edən 1494 saylı reysdə sərnişinlərdən biri qəfil ayağa qalxaraq “İsanı görmək istəyirəm, məni bu təyyarədən düşürün” deyə qışqırıb.

O, daha sonra təyyarənin həm yan, həm də əsas giriş qapısını açmağa cəhd göstərib.

Bələdçinin sərnişinə qapıdan uzaqlaşmaq barədə xəbərdarlıq etməsindən sonra ekipaj üzvləri və bir neçə sərnişin müdaxilə edərək onu yerə yıxıb və nəzarət altına alıb. 
 

Baş verənlər səbəbindən pilotlar təyyarənin istiqamətini dəyişərək Finiks şəhərinə təcili eniş etmək qərarına gəliblər.


ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) açıqlamasına görə, hadisə zamanı xəsarət alan yeganə şəxs qapıları açmağa cəhd edən sərnişin olub. O, tibbi müayinə üçün xəstəxanaya aparılıb.

Polisə təhvil verilən şəxslə bağlı prosedurlar başa çatdıqdan sonra təyyarə Çikaqoya uçuşunu davam etdirib.

İnsidentlə bağlı Federal Təhqiqatlar Bürosu (FTB) məlumatlandırılıb. Hadisənin səbəbləri araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO