Axtarışda olan narkokuryer saxlanıldı - Foto

Axtarışda olan narkokuryer saxlanıldı - Foto

Hazırda oxunan: Axtarışda olan narkokuryer saxlanıldı - Foto
650005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şirvan şəhərində polisin keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan İ.Rüstəmov saxlanılıb.

Bizim.Media xəbər verir ki, adıçəkilən şəxs bir müddət əvvəl tanışı A.Şərifovla birlikdə iranlı narkotacirlə cinayət əlaqəsinə girərək satış məqsədilə ondan 4 kiloqramdan artıq narkotik vasitə və narkotik tərkibli metadon həbləri əldə edib.
 

Narkotacirin Şirvan şəhəri ərazisində qabaqcadan gizlətdiyi narkotik vasitələri götürən zaman isə A.Şərifov polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.


Qrupun digər üzvü İ.Rüstəmov isə hadisə vaxtı ərazidən qaçıb və barəsində axtarış elan olunub.

Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam edir, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Axtarışda olan narkokuryer saxlanıldı - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO