Vilyam Hacıyev azadlığa buraxıldı

Vilyam Hacıyev azadlığa buraxıldı

Hazırda oxunan: Vilyam Hacıyev azadlığa buraxıldı
650006
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.

Bizim.Media “Apa.az”a istinadən xəbər verir ki, bununla bağlı Xəzər rayon məhkəməsi qərar qəbul edib.

O, səhhəti ilə bağlı vaxtından əvvəl azadlığa buraxılıb. Onun cəzasının başa çatmasına 1 ildən bir qədər çox vaxt qalmışdı.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 5 may 2020-ci ildə saxlanılıb.
 

Bakı Ağır Cjnayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.


Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb. Ali Məhkəmə Vilyam Hacıyevin cəzası 8 il 6 ay müddətinə azaldıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO