Hakan Fidan "Beşiktaş" matçında yaşananlara görə gürcü həmkarı ilə danışdı

Hakan Fidan "Beşiktaş" matçında yaşananlara görə gürcü həmkarı ilə danışdı

Hazırda oxunan: Hakan Fidan "Beşiktaş" matçında yaşananlara görə gürcü həmkarı ilə danışdı
649926
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hakan Fidan "Beşiktaş" matçında yaşananlara görə gürcü həmkarı ilə DANIŞDI
UEFA Avropa Liqasının əsas mərhələsində Gürcüstanda keçirilən "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) qarşılaşması zamanı yaşanan insindentlə əlaqədar Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Fidan gürcü həmkarı ilə stadiondakı Türkiyə vətəndaşlarının vəziyyətini müzakirə edib.

Qeyd edək ki, UEFA Avropa Liqasının əsas mərhələsində keçirilən "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) qarşılaşması tribunada baş verən hadisələr səbəbindən 25-ci dəqiqədə dayandırılıb.

Belə ki, “Beşiktaş” azarkeşlərinin əlindəki Fələstin bayraqları Gürcüstan polisi tərəfindən müsadirə edilib. Bu zaman stadionda insident yaşanıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO