Azərbaycan Çinlə anlaşma memorandumu imzaladı

Azərbaycan Çinlə anlaşma memorandumu imzaladı

Hazırda oxunan: Azərbaycan Çinlə anlaşma memorandumu imzaladı

641732

Pekində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının (ÇXR) Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi arasında anlaşma memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, sənədi Çində səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu imzalayıb.

Anlaşma memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb.

Sənəddə birgə investisiya layihələrinin həyata keçirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə və texnologiyaların transferi, biznes subyektləri arasında əlaqələrin inkişaf etdirilməsi, eləcə də ixrac imkanları barədə məlumat mübadiləsi yolu ilə ticarət əlaqələrinin genişləndirilməsi öz əksini tapıb.
 

Bununla yanaşı, memorandum kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatı məhsullarının sığortalanması sahəsində təcrübə mübadiləsi, birgə tədqiqatların aparılması və potensialın artırılması istiqamətlərində əməkdaşlığı əhatə edir.


Sənəddə nəzərdə tutulan tədbirlərin səmərəli icrasını təmin etmək məqsədilə Fəaliyyət Planının hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi üçün Birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO