Neftin qiyməti 94 dollardan AŞAĞI düşdü

Neftin qiyməti 94 dollardan AŞAĞI düşdü

Hazırda oxunan: Neftin qiyməti 94 dollardan AŞAĞI düşdü

615388

Londonun "ICE" birjasında "Brent" neftinin qiyməti aprelin 21-dən bəri ilk dəfə olaraq 94 dollar həddindən aşağı enib.

Bizim.Media bu barədə “Reuters”ə istinadla xəbər verir.

Bakı vaxtı ilə saat 20:54-ə olan məlumata görə, "Brent" neftinin avqust fyuçersləri 6,22% ucuzlaşaraq bir barreli üçün 93,98 dollara düşüb və beləliklə, aprelin 21-dən bəri ilk dəfə 94 dollar həddindən aşağı enib.

"WTI" markalı neftin iyul fyuçersləri isə 6,37% ucuzlaşaraq 90,45 dollara enib.

Mayın 25-i səhər saatlarında ABŞ və İran arasında mümkün sülh sazişinin bağlanması xəbərləri fonunda neft qiymətlərində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO