SOCAR-ın prezidenti “Petrovietnam” şirkətinin vitse-prezidenti ilə görüşüb - FOTO 

SOCAR-ın prezidenti “Petrovietnam” şirkətinin vitse-prezidenti ilə görüşüb - FOTO 

Hazırda oxunan: SOCAR-ın prezidenti “Petrovietnam” şirkətinin vitse-prezidenti ilə görüşüb - FOTO 
139024
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Petrovietnam” şirkətinin vitse-prezidenti Le Xuan Huyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

SOCAR-dan Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Vyetnam arasında əməkdaşlıq əlaqələrinin tarixi köklərə dayandığı diqqətə çatdırılıb.  

Vyetnam Sosialist Respublikasının ilk Prezidenti Xo Şi Minin 1959-cu ildə Azərbaycana və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə bu ölkəyə səfəri ilə xalqlarımız arasında dostluq münasibətlərinin əsasının qoyulduğu vurğulanıb. 
Görüş çərçivəsində, həmçinin xam neftin ticarəti sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, Azərbaycanda təhsil alan tələbələr, həyata keçirilən birgə layihələrin genişləndirilməsi, neft, qaz və bərpa olunan enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. 

SOCAR-ın prezidenti “Petrovietnam” şirkətinin vitse-prezidenti ilə görüşüb - FOTO  - foto 1
SOCAR-ın prezidenti “Petrovietnam” şirkətinin vitse-prezidenti ilə görüşüb - FOTO  - foto 2
SOCAR-ın prezidenti “Petrovietnam” şirkətinin vitse-prezidenti ilə görüşüb - FOTO  - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO