
- A-
- A
- A+
Hesablama Palatası: Ləğv edilmiş müəssisəyə 9,6 milyon manat ayrılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 2021-ci ildə ləğv edilmiş müəssisəyə 9,6 milyon manat maliyyə dəstəyi ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının təhlilində bildirilib.
Qeyd edilib ki, 05.10.2020-ci il tarixində “Daşkəsən Filizsaflaşdırma” ASC ləğv edilib və 14.12.2020-ci il tarixindən “AzerGold” QSC tərkibində törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib. Buna baxmayaraq, ƏMDX 2021-ci ildə “Daşkəsən Dəmir Filizi” MMC-yə 9,6 milyon manat maliyyə dəstəyi ayırıb və 100% həcmində istifadə edilib.
Hesablama Palatası vurğulayıb ki, qeyd edilən vəsaitin ayrılması "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın məqsədlərinə tamamilə uyğun olmayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































