Renat Dadaşovun komandasından TARİXİ İLK 

Hazırda oxunan: Renat Dadaşovun komandasından TARİXİ İLK 

70690

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Tondela" klubu Portuqaliya Kubokunda finala yüksəlib. 

Bizim.Media xəbər verir ki, komanda yarımfinalın cavab oyununda "Mafra" ilə üz-üzə gəlib. 

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matça start heyətdə başlayan Dadaşov 55-ci dəqiqə Marcelo Alves Santosla əvəzlənib. 

İlk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn "Tondela" tarixində ilk dəfə ölkə kubokunun finalına vəsiqə qazanıb. Komanda həlledici görüşdə "Portu" - "Sportinq" cütünün qalibi ilə üz-üzə gələcək. Lissabondakı ilk oyunda "Portu" qələbə qazanıb - 2:1 

Qeyd edək ki, Renat Dadaşov müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsusdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO