Transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Almaniyalı vinger Reda Xadranın transferi ilə bağlı Fransanın "Reyms" klubu ilə danışıqlar uğurla yekunlaşıb. Futbolçu ilə "2+1" illik müqavilə imzalanıb.
O, 10 nömrəli formanı geyinəcək. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi Dortmund "Borussiya"sının yetirməsidir.
2021-ci ildə bu klubdan "Brayton"a keçən Reda "Birminqem", "Seffild Yunayted" və "Blekbern"də də forma geyinib. "Reyms"ə 2023-cü ildə keçən futbolçu "Havr"da da çıxış edib.
Xadra Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.

Bizim.Media

- A-
- A
- A+
İdman
00:00 / 28.08.2026
"Qarabağ" daha bir transferini elan etdi - FOTO
Hazırda oxunan: "Qarabağ" daha bir transferini elan etdi - FOTO
Hazırda oxunan: "Qarabağ" daha bir transferini elan etdi - FOTO
633433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































