Bu futbolçu “Qarabağ”a KEÇƏCƏK

Bu futbolçu “Qarabağ”a KEÇƏCƏK

Hazırda oxunan: Bu futbolçu “Qarabağ”a KEÇƏCƏK

608621

Kiprin “Omoniya” klubunun hücumçusu Jali Muaddibin karyerasını Azərbaycanda davam etdirəcəyi demək olar ki, dəqiqləşib.

Bizim.Media Kipr mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu “Qarabağ”la danışıqları müsbət yekunlaşdırıb.

“Qarabağ” 25 yaşlı oyunçu ilə müqavilənin detallarını razılaşdırıb. Muaddibin Azərbaycan çempionu ilə anlaşması Kiprdə birmənalı qarşılanmır.
 

Mütəxəssislər bunun ölkədə skaut sisteminin aşağı səviyyədə olmasından qaynaqlandığını düşünür. Muaddibin başqa variantları da var. Lakin fransalı özü avrokuboklarda müntəzəm çıxış etdiyi üçün “Qarabağ” variantına üstünlük verib. Onun yayda ağdamlılara azad agent kimi keçidi gözlənilir.


Qeyd edək ki, Jali Muaddib “Omoniya”ya ötən ilin yayında Rumıniyanın “Botoşani” klubundan keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO