Qolu qeydə alan hakimi alnından öpdü - VİDEO

Qolu qeydə alan hakimi alnından öpdü - VİDEO

Hazırda oxunan: Qolu qeydə alan hakimi alnından öpdü - VİDEO

607301

Misir Liqasında oynanılan "N. Bank Egypt" - "Al Mokawloon" matçı qəribə hadisə ilə yadda qalıb.

Bizim.Media xəbər verir ki, oyunun 78-ci dəqiqəsində meydan sahibləri Usama Faysalın qolu ilə 2:1 önə keçib. Əvvəlcə oyundankənar vəziyyətin olduğu bildirilsə də, VAR-ın 3 dəqiqəlik yoxlaması nəticəsində qol qeydə alınıb.
 

Hakimin qərarı elan etməsindən sonra "N. Bank Egypt"in futbolçusu Əhməd Əmin Oufa hakimin alnından öpüb.


Onun bu hərəkəti referi tərəfindən təəccüblə qarşılansa da, futbolçuya heç bir vərəqə göstərilməyib.

Qeyd edək ki, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 

 

Naibə Məmmədova, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO