AFFA Lənkəran klubuna dəstək göstərəcək – FOTO 

AFFA Lənkəran klubuna dəstək göstərəcək – FOTO 

Hazırda oxunan: AFFA Lənkəran klubuna dəstək göstərəcək – FOTO 
40081
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün Lənkəran şəhərinə səfərə gedib. 

Bizim.Media federasiyanın saytına istinadən xəbər verir ki, futbol veteranları Samir Əliyev və Vüqar Nadirovun da iştirak etdiyi səfər çərçivəsində Lənkəranda fəaliyyət göstərən müxtəlif aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə Lənkəran Olimpiya İdman Kompleksinin meydanında görüş keçirilib, onlara AFFA-nın adından futbol geyimləri və toplar təqdim edib. 

İcraçı vitse-prezident uşaqlarla söhbətləşib, liqalarda iştirak edəcək oyunçulara uğurlar arzulayıb. Uşaq komandalarının üzvlərinin, məşqçilərin, Elxan Məmmədov, Samir Əliyev və Vüqar Nadirovun iştirakı ilə simvolik olaraq oyun keçirilib. 

Məmmədov həmçinin "Xan Lənkəran" Futbol Klubunun nümayəndələri ilə də görüşüb. Görüşdə klubun fəaliyyəti və gələcək planları barədə AFFA rəhbərliyinə məlumat verilib. 

Qeyd olunub ki, cari mövsümdən etibarən komanda bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra Region Liqasında iştirak edəcək. Məmmədovun sözlərinə görə, kluba liqada iştirakı üçün AFFA müəyyən dəstək göstəriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO