
- A-
- A
- A+
İdman
03:41 / 22.05.2025
1 dəq oxunma
"İnter" "Barselona"nın futbolçusunu HƏDƏFLƏDİ
Hazırda oxunan: "İnter" "Barselona"nın futbolçusunu HƏDƏFLƏDİ
250617
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"İnter" "Barselona"nın futbolçusu Fermin Lopesi hədəfləyib.
Bizim.Media xəbər verir ki, bu barədə "Mundo Deportivo" "Calciomercato.it" saytına istinadən məlumat yayıb.
Milan təmsilçisi ispaniyalı yarımmüdafiəçi üçün 60 milyon avro təklif etməyə hazırdır. İtaliya klubu 22 yaşlı oyunçu ilə uzunmüddətli müqavilə imzalamağa ümid edir. Hazırda rəsmi danışıqlar başlamasa da, "İnter"in Lopesə olan marağı kifayət qədər ciddidir.
Qeyd edək ki, Fermin Lopes "Barselona"nın yetirməsidir. O, bu mövsüm 45 matça çıxaraq 8 qol vurub və 9 qolun ötürməsini edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































