
- A-
- A
- A+
İdman
14:36 / 30.10.2024
1 dəq oxunma
Bədii gimnastımız Gimnaziadada qızıl medal qazandı
Hazırda oxunan: Bədii gimnastımız Gimnaziadada qızıl medal qazandı
218454
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycanın bədii gimnastları Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 3 medal qazanıblar.
Bizim.Media xəbər verir ki, Sofiya Məmmədova halqalarla hərəkətlərdə 29.450 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şəms Ağahüseynova isə eyni proqramda 29.000 xalla bürünc mükafata sahib çıxıb.
S.Məmmədova topla hərəkətlərin icrasında da fərqlənib. Hakimlərdən 28.050 xal alan gimnast bu dəfə gümüş medala yiyələnib.
Gimnastlarımız bu gün, həmçinin gürz və lent proqramları üzrə final mərhələsində mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycanın 16 növ üzrə 160 idmançı ilə təmsil olunduğu Gimnaziadaya bu gün yekun vurulacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































