Türkiyə klubu bu futbolçuya görə “Qarabağ”a təklif göndərəcək

Türkiyə klubu bu futbolçuya görə “Qarabağ”a təklif göndərəcək

Hazırda oxunan: Türkiyə klubu bu futbolçuya görə “Qarabağ”a təklif göndərəcək

193575

“Qarabağ”ın aparıcı futbolçularından sayılan Elvin Cəfərquliyev növbəti mövsümə xarici klubda başlaya bilər. 

Bizim.Media xəbər verir ki, Türkiyə Superliqası təmsilçisi “Alanyaspor” futbolçuya ciddi maraq göstərir. 

Klub rəsmiləri artıq yay transfer dövründə “Qarabağ”la danışıqlara başlamaq niyyətindədir. Türkiyə klubu Ağdam klubunun millimizin üzvünə görə yüksək transfer məbləği istəməyəcəyinə ümid edir. 
Qeyd edək ki, 23 yaşı olan Elvin Cəfərquliyev 2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO