Renat Dadaşov “Hatayspor”dan GEDİR?

Hazırda oxunan: Renat Dadaşov “Hatayspor”dan GEDİR?

188614

Azərbaycan milli komandasının forvardı Renat Dadaşov yeni mövsümə Türkiyənin "Hatayspor" klubunda başlamayacağı gözlənilir. 

Bizim.Media xəbər verir ki, klub Superliqanı tərk edərsə, millimizin üzvü hazırkı komandasında qalmayacaq. 

“Hatayspor” hazırda aşağı liqaya düşmə zonasındadır və mövsümün sonunda elitanı tərk etmək riski ilə üz-üzədir.

Dadaşovun özü birinci liqada oynamaq istəmir. Bu səbəbdən də "Hatayspor" "Qrasshopper"dən onun transfer hüququna yiyələnmək imkanından yararlanmayacaq.
Xatırladaq ki, "Hatayspor" mövsümün əvvəlində Renatı "Qrasshopper"dən mövsümün sonunda onu transfer etmək hüququ ilə icarəyə götürüb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO