Azərbaycanlı atletin ömürlük cəzası LƏĞV OLUNDU 

Hazırda oxunan: Azərbaycanlı atletin ömürlük cəzası LƏĞV OLUNDU 

181713

Azərbaycan millisinin sabiq ağırlıqqaldıranı Zülfüqar Süleymanovun ömürlük diskvalifikasiyası başa çatmış hesab olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) verib. 

Qurum 2021-ci ildə qəbul olunan yeni antidopinq qaydalarına əsaslanaraq belə addım atıb.

Həmin yeniliyə əsasən dopinqə görə ikinci dəfə verilən cəzalar yüngülləşdirilib. Əvvəlki qayda ilə ağır diskvalifkasiya alanlara məsələyə yenidən baxılması üçün İWF-ə müraciət etmək hüququ verilib.

2010-cu ilin sentyabrında 4 illik cəzalanan Süleymanov bu diskfalifikasiya yüngülləşdikdən sonra körpücük üzərinə erkən qayıtsa da, 2013-cü ildə yenidən dopinqdə “ilişib”. İkinci cəza kimi ona ömürlük diskvalifikasiya verilib.
Süleymanovun cəzasını yeni qaydaların tətbiqi ilə nəzərdən keçirən İWF onun ikinci diskvalifikasiyasının müddətini bitmiş hesab edib. Ağırlıqqaldırma veteranı artıq bu idman növü üzrə müxtəlif sahələrdə çalışa bilər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO