Cəlal Hüseynov oynadı, komandası məğlub oldu

Hazırda oxunan: Cəlal Hüseynov oynadı, komandası məğlub oldu

179793

Futbol üzrə Bolqarıstan çempionatında 22-ci turun oyunları davam edir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə Sofiya "Levski"sinin qonağı olub. 

Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Gənc futbolçu 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

22 turdan sonra 31 xal toplayan "Arda" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO