Avropa çempionatında üç qızıl medal qazanan idmançımız Vətənə dönüb - FOTO

Avropa çempionatında üç qızıl medal qazanan idmançımız Vətənə dönüb - FOTO

Hazırda oxunan: Avropa çempionatında üç qızıl medal qazanan idmançımız Vətənə dönüb - FOTO

179109

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəyli Vətənə qayıdıb.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançının qarşılanma mərasimi olub. 

Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dadaş Dadaşbəyli toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO