"“Qarabağ” klubu da məsuliyyət daşıyır" - "İdman TV"dən AÇIQLAMA 

Hazırda oxunan: "“Qarabağ” klubu da məsuliyyət daşıyır" - "İdman TV"dən AÇIQLAMA 
152302
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İdman Azərbaycan” kanalı "Qarabağ" - "Olimpiya" oyununun gec yayımlanması ilə bağlı açıqlama yayıb. 

Bizim.Media xəbər verir ki, kanalın yaydığı məlumatda deyilir: 

"Hörmətli futbol azarkeşləri, "Qarabağ" - "Olimpiya" komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşün "İdman" TV ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və üzr istəyirik.

"Qarabağ" futbol klubundan fərqli olaraq biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik.

Çünki birmənalı şəkildə bildiririk ki, yayımla bağlı ortaya çıxan problemdə "İdman" TV qədər "Qarabağ" FK da məsuliyyət daşıyır. Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək və yalnız bundan sonra ictimaiyyətə açıqlama veriləcək". 
Qeyd edək ki, ötən gün baş tutan “Olimpiya” – “Qarabağ” matçı yalnız oyunun 68-ci dəqiqəsindən etibarən “İdman Azərbaycan” kanalında yayımlanıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO