“Qarabağ” SSKA-ya qalib gəldi

“Qarabağ” SSKA-ya qalib gəldi

Hazırda oxunan: “Qarabağ” SSKA-ya qalib gəldi
144573
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ” bu gün Avstriyada növbəti yoxlama matçına çıxıb. 

Bizim.Media xəbər verir ki, bu, iyunun 22-dən Tirolda hazırlıq prosesində olan Ağdam təmsilçisi üçün cari təlim-məşq toplanışında sonuncu oyun olub.  

Qurban Qurbanovun futbolçuları Bolqarıstanın SSKA komandası ilə üz-üzə gəliblər. Görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundakı yeganə qola isə 42-ci dəqiqədə Redon Cica imza atıb. 

Sofiya təmsilçisi ötən mövsümü 2-ci yerdə başa vurub.  

20:00. “Qarabağ” - SSKA (Bolqarıstan) - 1:0 

Qol: Redon Cica, 42 

Xatırladaq ki, Ağdam təmsilçisi bundan əvvəl 2 yoxlama matçı keçirib. “Ferensvaroş”la (Macarıstan) matç 3:3 hesabı ilə yekunlaşıb, “Legiya” ilə görüş isə Polşa təmsilçisinin qələbəsi ilə başa çatıb (2:0).  
“Qarabağ” iyulun 5-də Avstriya toplanışını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq. Burada 4 gün məskunlaşacaq komanda iyulun 9-da Çempionlar Liqasının I təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün Cəbəllütariqə yollanacaq. Bu matç iyulun 11-də keçiriləcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO