“Qarabağ”dan pulsuz bilet istəyənlərə MÜRACİƏT 

“Qarabağ”dan pulsuz bilet istəyənlərə MÜRACİƏT 

Hazırda oxunan: “Qarabağ”dan pulsuz bilet istəyənlərə MÜRACİƏT 
125929
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Pulsuz biletlə bağlı bizə hələ də müraciətlər olur. Lakin digər oyunlardan fərqli olaraq bu, bir xeyriyyə matçıdır. Burada əsas məqsəd qardaş Türkiyədə dəstək olmaqdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasıda “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. 

Matçın Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım məqsədilə keçirildiyini xatırladan klub rəsmisi “Qarbağ”dan pulsuz bilet istəyənlərə müraciət edib. O, klub olaraq heç kimə pulsuz bilet paylamadıqlarını bildirib:  

“Bütün biletlər satışdadır. Klubun bütün əməkdaşları, şəxsən mən özüm də öz yaxın dostlarımıza bilet alaraq hədiyyə edirəm. Bu məsələdə bizə dəstək olan, bizi anlayan, həssaslıqla yanaşan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, hamı bu xeyriyyə işinə öz dəstəyini verəcək və bilet alıb oyunu izləyəcək”. 
Xatırladaq ki, “Qarabağ” - “Qalatasaray” oyunu martın 26-ı Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO