Gənc futbolçu millimizə görə Ukrayna yığmasından imtina etdi

Gənc futbolçu millimizə görə Ukrayna yığmasından imtina etdi

Hazırda oxunan: Gənc futbolçu millimizə görə Ukrayna yığmasından imtina etdi
124494
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin oyunçusu Emil Mustafayev Ukrayna yığmasında oynamaqdan niyə imtina etdiyini açıqlayıb.  

Bizim.Media xəbər verir ki, Ukraynanın "Aleksandriya" klubunun 21 yaşlı yarımmüdafiəçisi bu barədə "Sport Express"ə danışıb:  

"Mənə Ukrayna Futbol Assosiasiyasından (UAF) da təklif var idi. Mən bundan imtina etdim, çünki təşəbbüs daha əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından gəldi. Razılaşdıq ki, onların komandasında oynayacağam. Ukraynadan əlaqə saxlayanda artıq gec idi. Artıq Azərbaycana uçmalı idim, UAF-dan mənə zəng gəldi və gənclər komandasında oynamağı təklif etdilər. Amma mən artıq Azərbaycana söz vermişdim və sözümə sadiq qadım. Baxmayaraq ki, Ukraynada doğulmuşam". 
Emil Mustafayev bu mövsüm Ukrayna Premyer Liqasında "Aleksandriya”nın heyətində 4 oyun keçirib və 2 qol vurub, 3 məhsuldar ötürmə edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO