Taekvondoçularımız Avropa çempionatının ilk günündə 2 medal qazanıb

Taekvondoçularımız Avropa çempionatının ilk günündə 2 medal qazanıb

Hazırda oxunan: Taekvondoçularımız Avropa çempionatının ilk günündə 2 medal qazanıb
106390
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürüb.

Bizim.Media xəbər verir ki, yığma üzvü Zəhra İsayeva (29 kq) mübarizəyə 1/4 finaldan başlayıb. 

İlk döyüşündə Elli Antoniounu (Kipr) məğlub edən taekvondoçumuz yarımfinalda Arijana İvanoviclə (Serbiya) üz-üzə gəlib. Bu dueldən də qalib ayrılan İsayeva finalda Efe Nazlı (Türkiyə) ilə qüvvəsini sınayıb.

Təmsilçimiz uğurlu seriyasını davam etdirərək dayanqdan yenə qalib ayrılıb və çempion tituluna yiyələnib.

Xuraman Cavadzadə də yarışı medalla başa vurub. 37 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Lilo Gameli (Fransa), ardınca Eyla Makası (Bosniya və Herseqovina) məğlub edib. Cavadzadə yarımfinalda ermənistanlı Melanie Qrace Ayvazyana da gücünü göstərib. Rəqibinə heç bir şans verməyən taekvondoçumuz inamlı qələbə qazanıb. O, finalda isə Sofiya Hiniçlə (Xorvatiya) döyüşüb və rəqib üstün olduğundan gümüş medala layiq görülüb.

Beləliklə, yığmamız Avropa birinciliyinin ilk gününü 1 qızıl və 1 gümüş medalla başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO