Qeyri-sabit havanın törətdiyi fəsadlar - VİDEO

Qeyri-sabit havanın törətdiyi fəsadlar - VİDEO

Hazırda oxunan: Qeyri-sabit havanın törətdiyi fəsadlar - VİDEO
204024
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 

Bildirilib ki, yağan intensiv yağışlarla əlaqədar Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində və Göygöl rayonunun Aşıqlı kəndində fərdi yaşayış evlərinin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə daxil olan məlumatlar əsasında göstərilən yaşayış məntəqələrinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.


Bundan əlavə, Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində çoxmənzilli yaşayış binasının dam örtüyündə və Sumqayıt şəhəri, 45-ci məhəllədə yaşayış binasının fasadında küləyin təsirindən dəmir parçalarının qopması və ətrafdakı insanlar üçün təhlükə yaratması barədə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq olaraq Xüsusi Riskli Xilasetmə Xidməti və Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO