Xüsusi təyinatlılarımız beynəlxalq təlimdə iştirak edir - FOTO/VİDEO

Xüsusi təyinatlılarımız beynəlxalq təlimdə iştirak edir - FOTO/VİDEO

Hazırda oxunan: Xüsusi təyinatlılarımız beynəlxalq təlimdə iştirak edir - FOTO/VİDEO

190824

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir.

Bizim.Media Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ilkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub. 

Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları baradə ətraflı məlumat verilib. 

Müxtəlif ölkələrin hərbçilərinin iştirak etdiyi təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin Paraşüt desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.
“Anadolu Ankası – 2024” təlimi mayın 17-dək davam edəcək.
 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO