Formula 1 İspaniya Qran-Prisinin qalibi BƏLLİ OLDU

Hazırda oxunan: Formula 1 İspaniya Qran-Prisinin qalibi BƏLLİ OLDU

139658

İyunun 4-də “Red Bull” komandasından hollandiyalı Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının yeddinci turu olan İspaniya Qran-Prisinin qalibi olub.

Bizim.Media xəbər verir ki, ikinci yeri “Mercedes”in britaniyalı pilotu Luis Hamilton, üçüncü yeri onun həmyerlisi və komanda yoldaşı Corc Rassel tamamlayıb.

Aprel ayından bəri ilk dəfə Hamilton podiuma qalxmağı bacarıb. O əvvəlki dəfə Avstraliya Qran-Prisində ikinci olub, daha sonra Ferstappen qələbə qazanıb.

Verstappen cari çempionatda 5-ci qələbəsini qazanıb və 170 xalla şəxsi hesabda liderliyini davam etdirir. İkinci pillədə hollandiyalının komanda yoldaşı, meksikalı Serxio Peres (117), ilk üçlüyü isə Aston Martin komandasından olan ispan Fernando Alonso (99) qapayır.
Barselona 1991-ci ildən dünya çempionatı mərhələsinə ev sahibliyi edir. İspaniya Qran Prisində qələbələrin sayına görə rekordçular yeddiqat dünya çempionları almaniyalı Mixael Şumaxer və Hamiltondur, onların hər birinin altı qələbəsi var. İspaniyada aktiv pilotlar arasında Verstappen (2016, 2022) və Alonso (2006, 2013) də qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO