Psixi xəstələrin daşınması üçün İtaliyadan Azərbaycana təcili tibbi yardım avtomobilləri gətirilib

Psixi xəstələrin daşınması üçün İtaliyadan Azərbaycana təcili tibbi yardım avtomobilləri gətirilib

Hazırda oxunan: Psixi xəstələrin daşınması üçün İtaliyadan Azərbaycana təcili tibbi yardım avtomobilləri gətirilib
163871
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycana psixi pozuntu vəziyyətində olan və ya psixiatriya yardımından istifadə edən şəxslərin daşınması üçün xüsusi təcili tibbi yardım avtomobilləri gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bildirilib.

Qeyd olunub ki, bu tip avtomobillərin sayı 3 ədəddir:

"Psixiatrik təcili tibbi yardım avtomobillərinin arxa salonu 2 üzbəüz kreslo kilitli remen ilə, arxa şüşələr və salon arakəsmə dəmir barmaqlıqlarla, həmçinin orta salon 4 yerlik (3 nəfər tibbi personal,1 nəfər xəstəni müşayiət edən) oturacaq ilə təchiz olunub. İtaliya istehsalı olan avtomobillərin dövlət tibb müəssisələrinə paylanılması nəzərdə tutulub".

Bildirilib ki, agentlik son illərdə tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması ilə bağlı tədbirləri davam etdirir:
"Agentlik dövlət tibb müəssisələrini yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobilləri satın alıb. Bura 66 ədəd sadə differensiallı, 10 ədəd perinetal küvəzlə təchiz olunmuş, 20 ədəd reanimobil, 1 ədəd portativ rentgen aparatlı və 3 ədəd psixiatrik təcili tibbi yardım avtomobilləri daxildir".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO