ABŞ-da milyarderlər vergidən yayına bilməyəcək - Senat yolunu tapdı

ABŞ-da milyarderlər vergidən yayına bilməyəcək - Senat yolunu tapdı

Hazırda oxunan: ABŞ-da milyarderlər vergidən yayına bilməyəcək - Senat yolunu tapdı
650348
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın demokrat senatoru Ron Vayden texnoloji milyarderlərin varislərinə vergi ödəmədən aktiv ötürmək üçün istifadə etdikləri vergi qanunvericiliyindəki boşluğu aradan qaldıracağına söz verib.

Bizim.Media xəbər verir ki, o, bu barədə "Financial Times" qəzetinə müsahibəsində bildirib.

Söhbət "Grantor Retained Annuity Trust" (GRAT) adlı mexanizmdən gedir. Bu alət varlı amerikalılara texnologiya səhmləri kimi sürətlə artan aktivləri hədiyyə və miras üzrə 40 faizlik vergini ödəmədən varislərinə ötürməyə imkan verir.

Sözügedən vergi adətən 15 milyon dollardan artıq məbləğlərə tətbiq olunur. GRAT 1990-cı ildə başqa bir vergi boşluğunu bağlamaq üçün yaradılıb.

"Financial Times"ın təhlilinə görə, "SpaceX"in qurucusu İlon Mask, "Nvidia"nın rəhbəri Jensen Huanq, "AMD"nin başçısı Liza Su və "Microsoft"un baş direktoru Satya Nadella bu cür trastlarda ümumi dəyəri 20 milyard dollar olan səhmlər yerləşdiriblər.

"Bu trastlarda baş verən odur ki, ifrat varlı insanlar kağız üzərində bir yığın pulu yerini dəyişdirir və ödəməli olduqları vergilər yox olur", — deyə o qeyd edib.

Qeyd edək ki, noyabr seçkilərinin yekunlarına əsasən, demokratlar Konqresin hər iki palatasında çoxluğu əldə ediblər.

Vayden Men ştatından müstəqil senator Enqus Kinqin həmmüəllifi olduğu qanun layihəsini irəli sürmək üçün Senatdakı üstünlükdən (56-nın 44-ə nisbətində) istifadə etmək niyyətindədir. Bununla belə, istənilən vergi təşəbbüsü ABŞ Prezidenti tərəfindən bloklana bilər və onun vetosunu aşmaq üçün üçdə iki səs tələb olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO