Çexiya Prezidenti müdafiə nazirini Ukrayna ilə bağlı mövqeyinə görə sərt tənqid etdi

Çexiya Prezidenti müdafiə nazirini Ukrayna ilə bağlı mövqeyinə görə sərt tənqid etdi

Hazırda oxunan: Çexiya Prezidenti müdafiə nazirini Ukrayna ilə bağlı mövqeyinə görə sərt tənqid etdi
650322
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çexiya Prezidenti Petr Pavel ölkənin müdafiə naziri Yaromir Zunanın fəaliyyətini və Ukraynaya münasibətini kəskin tənqid edib.

Bizim.Media "Česká televize" telekanalına istinadən xəbər verir ki, dövlət başçısı nazirin addımlarını ölkə maraqlarına zidd hesab etdiyini bildirib.

"Deməliyəm ki, onun fəaliyyətini bizə hər hansı şəkildə kömək edən deyil, daha çox destruktiv və Çexiya Respublikasına zərər vuran bir fəaliyyət kimi qəbul edirəm", — deyə Pavel vurğulayıb.

Prezident xatırladıb ki, Y.Zuna daha əvvəl Baş Qərargah rəisi Miroslav Qlavaçın Ukrayna ordusunun döyüş təcrübəsini öyrənmək məqsədilə Kiyevə planlaşdırılan səfərinə mane olub.

Pavel, həmçinin Müdafiə Nazirliyindəki "qeyri-standart kadr qərarlarından" və nazirin ölkənin müdafiə xərclərini məhdudlaşdırmaq cəhdlərindən narahatlığını ifadə edib. 

Onun sözlərinə görə, bu mövqe nazirin təmsil etdiyi "Azadlıq və Birbaşa Demokratiya" (SPD) partiyasının siyasi kursuna uyğundur.   

Qeyd edək ki, daha əvvəl Çexiyanın Baş naziri Andrey Babiş də Avropa İttifaqı büdcəsindən Ukraynaya vəsait ayrılmasına qarşı çıxış edərək, Kiyevin maliyyələşdirilməsinin "Avropa büdcəsindən kənar" həyata keçirilməli olduğunu bildirib. 

 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO