
- A-
- A
- A+
Netanyahu çətin durumda: Ayzenkot ona “yox” dedi
İsrailin Baş naziri Binyamin Netanyahu ilə hökuməti formalaşdırmaq səlahiyyəti verilmiş müxalifət lideri Qadi Ayzenkot arasında keçirilən görüş nəticəsiz yekunlaşıb.
Danışıqlardan sonra Ayzenkot Netanyahu ilə milli birlik hökuməti yaratmaq təklifini rədd edib.
Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüşdən əvvəl Netanyahu ən böyük partiyanın liderliyi prinsipindən geri çəkilməyə və rotasiya razılaşması çərçivəsində baş nazir postunu ilk mərhələdə Ayzenkota güzəştə getməyə hazır olduğunu bəyan etmişdi.
Lakin "Yaşar" partiyasının lideri Ayzenkot "Likud" partiyasının təkliflərinin səmimiliyini şübhə altına alaraq birgə koalisiyadan imtina edib və azlıq hökuməti qurmaq istiqamətində səylərini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, oktyabrda keçirilən seçkilərin nəticələrinə görə heç bir siyasi blok 120 yerlik Knessetdə çoxluq üçün tələb olunan 61 mandatı qazana bilməyib. Prezident İsxak Hersoq Nazirlər Kabinetinin formalaşdırılmasını Ayzenkota həvalə edib. Onun hökuməti qurması üçün ayrılan ilkin müddət dekabrın 6-da başa çatır və zərurət yaranarsa, dövlət başçısından bu müddətin bir dəfəlik 14 gün uzadılmasını istəyə bilər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































