
- A-
- A
- A+
İllərlə qızıl bilib saxladığı daş ondan daha dəyərli çıxdı
Avstraliyanın Viktoriya ştatında yerləşən Meriboro regional parkında xəzinə axtaran Devid Houl adlı şəxsin hələ 2015-ci ildə tapdığı və qızıl külçəsi sanaraq illərlə evində saxladığı qeyri-adi ağırlıqlı daşın əslində nadir meteorit olduğu üzə çıxıb.
Bizim.Media xəbər verir ki, o, daşı sındırmaq üçün mişardan və hətta ağır çəkicdən istifadə etsə də, üzərində bircə çat belə əmələ gəlməyib.
Nəticədə Houl tapıntını araşdırılması üçün Melburn muzeyinə aparıb. Muzeyin geoloqları 17 kiloqram ağırlığındakı bu daşın 4,6 milyard il yaşı olan və tərkibində yüksək dəmir miqdarı daşıyan H5 tipli xondrit meteoriti olduğunu müəyyənləşdiriblər.
Yaxınlıqdakı şəhərin şərəfinə "Meriboro" adlandırılan bu kosmik qaya parçası Viktoriya ştatında indiyədək qeydə alınmış cəmi 17-ci meteoritdir və elmi baxımdan qızıldan qat-qat nadir və qiymətli hesab olunur.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































