
- A-
- A
- A+
Zelenski Rusiya gəmilərinə hücumla bağlı Liviyanın etirazlarına cavab verdi
Ukrayna Prezidenti Volodimir Zelenski Liviyanın suverenliyinə hörmət etdiklərini, lakin harada olmasından asılı olmayaraq silah daşıyan Rusiya gəmilərini təqib etməyə davam edəcəklərini bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə "Al Jazeera" telekanalına müsahibəsində Benqazi limanında Rusiya gəmilərinə endirilən zərbələrdən sonra Liviya tərəfinin səsləndirdiyi qınaqlara münasibət bildirərkən deyib.
"Əgər biz haradasa bu müharibədə istifadə olunan silahları daşıyan Rusiya gəmilərini aşkar etsək, əlbəttə ki, onları tapacaq, təqib edəcək və qisas alacağıq", — deyə Zelenski vurğulayıb.
Ukrayna lideri silah daşıyan Rusiya gəmilərinin qanuni hərbi hədəf olduğunu qeyd edib, eyni zamanda Kiyevin Liviyaya və ya onun limanlarına hücum etmədiyini və ölkədə eskalasiya istəmədiyini əlavə edib.
Xatırladaq ki, noyabrın 22-də Ukrayna Müdafiə Qüvvələri 7 dəniz dronu vasitəsilə Liviyanın Benqazi limanı yaxınlığında Rusiyanın "Sterequşiy" tipli korvetini (göyərtəsindəki "Ka-27" helikopteri ilə birlikdə) və silah daşıdığı bildirilən "MV ANGARA" quru yük gəmisini vurub.
Bundan sonra Liviya Prezident Şurası sədrinin müavini Musa əl-Koni hücumu "müharibə elanı" adlandıraraq BMT Təhlükəsizlik Şurasını təcili iclas keçirməyə çağırıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































