
- A-
- A
- A+
Dünya
17:23 / 29.11.2026
1 dəq oxunma
Səudiyyə Ərəbistanı Yəməndə limanı bombaladı
Hazırda oxunan: Səudiyyə Ərəbistanı Yəməndə limanı bombaladı
650292
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənin qərbində, Əl-Hudeyda əyalətində yerləşən Ras-İsa limanına azı üç aviazərbə endirib.
Bizim.Media "Al Arabiya"ya istinadən xəbər verir ki, bombardmanın hədəfi liman körpüləri olub, liman ərazisində partlayış səsləri eşidilib.
Hərbi əməliyyat koalisiya komandanlığının mülki sakinlərdən liman ərazisini təcili tərk etməyi tələb etməsindən dərhal sonra başlayıb.
Yəməndəki "Ənsar Allah" radikal təşkilatından olan husilərin nəzarətindəki SABA agentliyi də limana hücum edildiyini təsdiqləyib. Agentliyin məlumatına görə, zərbələr strateji neft terminalına endirilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































