Suyun üzərində yeriyə bilən yeni çəyirtkə növü kəşf edildi - Foto

Suyun üzərində yeriyə bilən yeni çəyirtkə növü kəşf edildi - Foto

Hazırda oxunan: Suyun üzərində yeriyə bilən yeni çəyirtkə növü kəşf edildi - Foto
650253
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Alimlər Myanmanın şimalında tapılan kəhrəba nümunələri əsasında orta Təbaşir dövründə yaşamış və suyun səthində yeriyə bilən yeni çəyirtkə fəsiləsini müəyyən ediblər.

Bizim.Media xəbər verir ki, Çunpenq Su və Tsihanq Luonun rəhbərliyi ilə Almaniya və Myanmadan olan tədqiqatçılar qrupu yeni fəsiləyə "Hydrelcanidae", növə isə "Hydrelcana zhangi" adını veriblər.

Araşdırmanın nəticələri "Proceedings of the Royal Society B" elmi jurnalında dərc olunub.

Təxminən 99 milyon il yaşı olan Kaçin kəhrəbasının içərisində dörd yetkin fərd və beş sürfə qorunub saxlanılıb. Bu, düzqanadlılar dəstəsində qrup halında yaşama (aqreqasiya) davranışının indiyə qədər məlum olan ən qədim fosil sübutu hesab olunur.
 

Tədqiqatçıların fikrincə, bu həşəratların üç cüt son dərəcə uzun, nazik və demək olar ki, bərabər ölçülü ayaqları bədən çəkisini suyun səthi gərilməsi boyunca bərabər paylamağa imkan verib. Ön ayaqlardakı sıx tükcüklər suyu itələmək funksiyasını yerinə yetirib, arxa ayaqlardakı yarpaqşəkilli, avarəbənzər quruluşlar isə suda irəliləməyə kömək edib.


Alimlər qeyd edirlər ki, bu kəşf Mezozoy erasında ən azı üç müxtəlif həşərat qrupunun bir-birindən müstəqil şəkildə suyun səthində hərəkət etdiyini sübuta yetirir.

Suyun üzərində yeriyə bilən yeni çəyirtkə növü kəşf edildi - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO