
- A-
- A
- A+
Paşinyanın yaxın adamı Monte Melkonyanı terrorçu adlandırdı
Ermənistanın siyasi və media dairələrində ASALA terror təşkilatının keçmiş liderlərindən biri, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı vuruşmuş və Ağdam rayonunun Mərzili kəndində məhv edilmiş qatil Monte Melkonyanın şəxsiyyəti ətrafında kəskin mübahisələr başlayıb.
Bizim.Media xəbər verir ki, Paşinyan hakimiyyətinə yaxın hesab edilən fəallardan biri olan Ara Nersisyan sosial şəbəkə hesabında Melkonyanın qəhrəman deyil, terrorçu olduğunu bildirib.
Bu paylaşım Ermənistanın radikal müxalifət və revanşist dairələrində ciddi narazılığa səbəb olub.
Həmin dairələr Baş nazir aparatının keçmiş rəhbəri Arayik Arutyunyanı və onun sabiq müavini Taron Çaxoyanı ölkədəki media və sosial şəbəkə seqmenti vasitəsilə bu cür tezisləri məqsədli şəkildə tirajlamaqda ittiham ediblər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































